“Azərbaycan bütün dünyaya gücünü göstərdi” - Türkiyə MN

 “Azərbaycan bütün dünyaya gücünü göstərdi” -   Türkiyə MN
  17 Noyabr 2020    Oxunub:2368
Türkiyənin Milli Müdafiə Nazirliyi 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə nazirliyin "Tvitter" hesabında paylaşım edilib.

“İşğal edilmiş ərazilərini azad etmək üçün milli şüurla hücuma keçən və Qarabağdakı hərəkatı zəfərlə sonuclandıraraq bütün dünyaya milli dirilişin, birlik və bərabərliyin gücünü göstərən Azərbaycan türkü qardaşlarımızın Milli Dirçəliş Günü mübarək olsun!”, - paylaşımda qeyd olunub.



Azvision.az


Teqlər: Türkiyə   MüdafiəNazirliyi  





Xəbər lenti