Ermənilər Ağdamda da evləri yandırır - VİDEO

   Ermənilər Ağdamda da evləri yandırır -    VİDEO
  18 Noyabr 2020    Oxunub:4516
Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin Dağlıq Qarabağla bağlı imzaladığı bəyanata əsasən, Ağdam rayonu 20 noyabr 2020-ci ildə ölkəmizə təhvil veriləcək.
Azvision.az xəbər verir ki, bu gün Türkiyənin “TRT Haber” telekanalı Ağdam rayonunu tərk edən erməni qoşunlarının yanğınlar törətməsi barədə reportaj yayımlayıb.



"Biz Ağdamdan 5 kilometr məsafədə dayanmışıq. Siz yanğınların işartılarını görürsünüz: bunlar erməni qoşunlarıdır - qərargahlarının binalarını, postlarını və bütün digər binaları yandırırlar. Hazırda Ağdamın mərkəzində yanğınlar davam edir", - deyə “TRT Haber”in müxbiri Bülent Çulçuoğlu bildirib.

Qeyd edək ki, ermənilər bundan əvvəl Kəlbəcər rayonunda da evləri yandırıb, ağacları kəsiblər.

Azvision.az


Teqlər: Ağdam  





Xəbər lenti