Göyçayda maşın ağaca çırpılıb - 2 nəfər ölüb

  18 Noyabr 2020    Oxunub : 1055
   Göyçayda maşın ağaca çırpılıb -    2 nəfər ölüb
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1979-cu il təvəllüdlü Rzayev Çingiz Qiyas oğlunun və 1987-ci təvəllüdlü Mustafayev İsmayıl Mübariz oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN   Qəza