“Sülhməramlıların sayı artırılmayacaq” - Andrey Rudenko

“Sülhməramlıların sayı artırılmayacaq” -  Andrey Rudenko
  18 Noyabr 2020    Oxunub:2424
“Ümid edirik ki, Ermənistandakı hadisələr, baş verən etiraz aksiyaları Dağlıq Qarabağdakı vəziyyətin gərginləşməsinə, üç ölkənin liderlərinin imzaladığı razılaşmanın həyata keçirilməsinə təsir etməyəcək".
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko deyib.

Rudenko Qarabağdakı sülhməramlı qoşunlarının sayının artırılması məsələsinin gündəmdə olmadığını vurğulayıb: “Rusiya sülhməramlılarının sayı dövlət başçılarının üçtərəfli bəyanatında dəqiq göstərilib. Biz orada yazılanlardan çıxış edirik. Belə məsələ gündəmdə dayanmır”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AndreyRudenko   Qarabağ  





Xəbər lenti