Ermənistanda yenidən aksiya keçirilir - Paşinyanın istefası tələb olunur

Ermənistanda yenidən aksiya keçirilir -  Paşinyanın istefası tələb olunur
  18 Noyabr 2020    Oxunub:2173
Ermənistan parlamentinin binası yaxınlığında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir.
Azvision.az xəbər verir ki, etirazçılar “Mənim addımım” blokunun deputatlarından aksiyaya qoşulmağı tələb edirlər.

Deputatlar etirazçıların "Utanc", "Xainlər", "Yeni danışıqlar - yeni şərtlər" deyə səsləndirdikləri şüarlar altında parlament binasına daxil olublar. Deputat Armen Xaçatryan aksiya iştirakçılarına yaxınlaşıb.

O, vəziyyətin kritik olduğunu, Dağlıq Qarabağdakı separatçı qüvvələrin rəhbərindən alınan məlumatların ürəkaçan olmadığını bildirib. Həmçinin əlavə edib ki, Paşinyan mübarizə aparıb, lakin uğur qazanmayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Aksiya  





Xəbər lenti