Qəzaya düşən Milli Qəhrəman dünyasını dəyişdi

   Qəzaya düşən Milli Qəhrəman dünyasını dəyişdi
  18 Noyabr 2020    Oxunub:2459
Noyabrın 9-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində qəzaya düşən Milli Qəhrəman, ehtiyatda olan polkovnik-leytenant Məhəmməd Həsənov vəfat edib.
Azvision.az -ın məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd edək ki, ağır qəza keçirən Milli Qəhrəman Gəncə Beynəlxalq Xəstəxanasında müalicə olunurdu. O, süni tənəffüs aparatına qoşulmuşdu.

Məhəmməd Həsənov 9 avqust 1959-cu ildə Goranboy rayonunun Qarasüleymanlı kəndində doğulub. Məhəmməd Həsənovun döyüş yolu Mənəşli, Erkəç, Qaraçinar, Talış kəndlərindən keçib. Batalyon komandiri və döyüşçü kimi Goranboy rayonunun Ağcakənd bölgəsinin və keçmiş Ağdərə rayonunun erməni işğalçılarından azad olunmasında böyük rol oynayıb. 1992-ci il könüllü batalyonlar ləğv edildikdən sonra M.Həsənov "N" saylı hərbi hissədə xidmətini davam etdirib. O, polkovnik-leytenant rütbəsinəcən yüksəlmişdi.

2002-ci ildən Goranboy rayonunun Veyisli kənd orta məktəbində işləyib. Son vaxtlar təhsil aldığı 3 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışırdı.

Azvision.az


Teqlər: Milli-Qəhrəman   Vəfat   Qəza  





Xəbər lenti