Cəbrayıl postunda saxlanılan avtomobildə döyüş sursatı aşkarlandı

Cəbrayıl postunda saxlanılan avtomobildə döyüş sursatı aşkarlandı
  18 Noyabr 2020    Oxunub:2896
Noyabrın 15-də saat 17 radələrində Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun girişində quraşdırılmış komendant postunda Qubadlı rayon sakini R.Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobil saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, baxış zamanı avtomobildən içərisində 10 ədəd qumbara alışdırıcısı olan dəmir qutu aşkar edilərək götürülüb. R.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti