DMX əcnəbilərə və vətəndaşlığı olmayanlara müraciət etdi

DMX əcnəbilərə və vətəndaşlığı olmayanlara müraciət etdi
  18 Noyabr 2020    Oxunub:1592
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda olan və yaşayan əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə müraciət edib.
DMX-dən Azvision.az -a bildirilib ki, təlim-tədris mərkəzi Azərbaycan Respublikasında daimi yaşama icazəsi almaq istəyən əcnəbilər üçün Azərbaycan dilinin, tarixinin, mədəniyyətinin, eləcə də hüquq və vəzifələrlə bağlı qanunvericiliyin öyrənilməsi ilə əlaqədar yenidən kursların keçirilməsinə başlayır.

Onlayn kurslarda iştirak etmək istəyənlər iş günləri saat 09:00-dan 18:00-dək (012) 566-37-74 telefon nömrəsinə zəng edə bilərlər.

Azvision.az


Teqlər: MiqrasiyaXidməti  





Xəbər lenti