“İlham Əliyev Qarabağ zəfəri ilə adını tarixə yazdı” - Nemət Pənahlı
Bunu Azvision.az -a açıqlamasında Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı bildirib. O deyib ki, uzun illər aparılmış uğurlu ordu quruculuğunun məntiqi nəticəsi olaraq hərbçilərimiz 44 gün ərzində dünya hərb tarixində yeni səhifə açdılar:
Bu illər ərzində ordu quruculuğunda Ali Baş Komandan İlham Əliyevin müstəsnə xidmətlərinin olduğunu deyən Nemət Pənahlı, Qarabağ savaşını uğurla yekunlaşdırdığı üçün ölkə başçısına təşəkkür edib: "Yalnız indiki müzəffər Ordunun gücləndirilməsi deyil, eyni zamanda döyüşlərin nə vaxt, harada, hansı formada başlanması da onun xidmətidir. Nəinki 44 günlük müharibə dönəmində, ümumən beynəlxalq münasibətlərdə ölkəmizin mövqeyinin möhkəmlənməsində Ali Baş Komandanın böyük xidmətləri oldu. Müharibələrdə sərkərdədən, Ali Baş Komandandan çox şey asılıdır. Bu zəfər yalnız xalqımızın, Ordumuzun deyil, eyni zamanda uğurlu sərkərdə kimi Ali Baş Komandan İlham Əliyevin zəfəridir. O, İkinci Qarabağ savaşını uğurla yekunlaşdırıb ərazi bütövlüyümüzü bərpa etməklə adını tarixə əbədi həkk etdi. Hesab edirəm ki, tarixi qələbədən sonra Azərbaycanın rəhbəri hazırda dünyanın ən xoşbəxt Prezidentidir”.
Tural Tağıyev
Azvision.az
Teqlər: NemətPənahlı Ordu AliBaşKomandan