Terrorçuların 22 hücrəsi məhv edilib - Patruşev

Terrorçuların 22 hücrəsi məhv edilib -  Patruşev
  18 Noyabr 2020    Oxunub:2689
MDB ölkələrinin təhlükəsizlik qüvvələri 2020-ci ildə beynəlxalq terror təşkilatlarının 22 hücrəsini neytrallaşdırıb.
Azvision.az xəbər verir ki, bunu MDB ölkələri təhlükəsizlik şuraları katiblərinin videokonfrans formatında keçirilən iclasında Nikolay Patruşev deyib.

Rusiya Təhlükəsizlik Şurasının katibi bildirib ki, bu il birgə səylərlə Rusiya və digər MDB ölkələri vətəndaşlarının xarici silahlıların təlim düşərgələrinə cəlb edilməsi və daşınması ilə məşğul olan beynəlxalq terror təşkilatlarının 22 hücrəsi zərərsizləşdirilib.

Görüşdə MDB məkanında yeni bioloji təhlükələrə qarşı mübarizə, Əfqanıstan və Orta Asiya ilə bağı məsələlər müzakirə olunub.

Qeyd edək ki, tədbirdə Rusiya, Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan təhlükəsizlik şuralarının katibləri, Belarus, Moldova və Türkmənistan isə rəsmi nümayəndələr səviyyəsində təmsil olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolayPatruşev  





Xəbər lenti