Ermənilər Peqovu təhdid edir: “Bizi axmaq yerinə qoydun”

Ermənilər Peqovu təhdid edir:    “Bizi axmaq yerinə qoydun”
  18 Noyabr 2020    Oxunub:3209
Ermənilər "Wargonzo"nun təxribatçı jurnalisti Semyon Peqovu təhdid edirlr.
Azvision.az xəbər verir ki, sosial şəbəkələrdə Peqovla bağlı paylaşım edən ermənilər onun müharibə dövründə Ermənistan xalqını aldatdığını bildirirlər.

"Biz səni unutmamışıq, Peqov! Bir ay bizi axmaq yerinə qoydun" ,- deyə erməni istifadəçilərdən biri yazıb.



Qeyd edək ki, "Wargonzo" kanalının rəhbəri Semyon Peqov Qarabağda müharibə vaxtı təxribatçı fəaliyyətlə məşğul olub. O, Azərbaycanın qələbə xəbərlərini gizlədərək, erməni cəmiyyətinə dezinformasiyalar ötüb.

Azərbaycan Baş Prokurorluğu tərəfindən 1985-ci il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Semyon Vladimiroviç Peqov barəsində Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.

Azvision.az



Teqlər: SemyonPeqov  





Xəbər lenti