Döyüşdə düşmənə dərs verən tarix müəllimi

 Döyüşdə düşmənə dərs verən tarix müəllimi
  18 Noyabr 2020    Oxunub:2599
İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi, baş leytenant Famil Əhmədzadə Tərtərin Talış-Suqovuşan kəndləri istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, o, 1997-ci ildən sözügedən məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub.

F.Əhmədzadənin təşəbbüsü ilə məktəbdə tarix-diyarşünaslıq muzeyi yaradılıb. İşlədiyi müddətdə öz savadı, mədəniyyəti və istedadı ilə şagirdlərin, müəllimlərin, bir sözlə hər kəsin sevimlisi olmağı bacarıb.

Allah rəhmət eləsin!

Azvision.az


Teqlər: Müəllim   Şəhid  





Xəbər lenti