“Sanksiyalar qətiyyən gündəlikdə deyil” - Niderlandın yeni səfiri
Onun sözlərinə görə, Niderland hökumətinin mövqeyi çox balanslaşdırılıb: "Mən bunu yüksək qiymətləndirirəm. Bu, təhlilin, müzakirələrin və yaxşı dialoqun nəticəsində olub. Mən bir daha vurğulamaq istərdim ki, mənim hökumətimin mövqeyi Avropa İttifaqının mövqeyinə çox uyğundur və çox balanslaşdırılmışdır. Biz münaqişəni izlədik, baş verənləri gördük və münaqişənin hər iki tərəfdə nələrə səbəb olduğu bizi hər zaman çox narahat edir. Bizim sistemdə fərqlilik var.
Hökumətin mövqeyi var, parlamentin mövqeyi var və bu, dialoq tələb edir. Bu dialoq bir neçə dəfə baş tutdu və biz qeyd etdik ki, hökumətin balanslaşdırılmış mövqeyinin heç də həmişə parlamentin mövqeyi ilə eyni olması demək deyil. Ötən həftə nazirlə parlament arasında keçirilmiş sonuncu müzakirədə bu məsələlər də qaldırılmışdı. Nazir həm yazılı, həm də şifahi şəkildə israrla bildirdi ki, qaldırılan bu məsələlər mənim hökumətimin mövqeyinə uyğun deyil. Beləliklə, sanksiyalar və bu kimi məsələlər qətiyyən gündəlikdə deyil. Hazırda bu, aktual deyil, bununla bağlı hər hansı sual, müzakirə ola bilməz. Mənim nazirim bunu həm parlamentdə, həm də yazılı formada çox açıq şəkildə bildirib. Şadam ki, bunu burada yenidən təkrarlaya bilirəm".
Azvision.az
Teqlər: Niderland Azərbaycan