“250 cəsədin kimliyi müəyyən edilməyib” - Torosyan itkilərdən danışdı

 “250 cəsədin kimliyi müəyyən edilməyib” -  Torosyan itkilərdən danışdı
  19 Noyabr 2020    Oxunub:2658
Sentyabrın 27-dən bu günə kimi Qarabağ müharibəsində 2425 erməni əsgərinin öldüyü təsdiqlənib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan deyib.

Onun sözlərinə görə, açıqladığı rəqəmlər məhkəmə tibbi ekspertizasından keçmiş hərbçilərin cəsədləri ilə bağlı faktiki məlumatlara əsaslanır.

"Dünən axşam bu rəqəm 2425 idi. Eyni zamanda, təxminən 250 cəsədin kimliyi müəyyən edilməyib" - nazir deyib.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan Qarabağda azı 4750 erməni hərbçinin öldüyünü açıqlamışdı.

Azvision.az


Teqlər: Ermənistan   Qarabağ  





Xəbər lenti