Erməni politoloq: “Paşinyan Ermənistana nifrət edir”

  Erməni politoloq:  “Paşinyan Ermənistana nifrət edir”
  19 Noyabr 2020    Oxunub:1935
Ermənistanın "Politeconomia" tədqiqat institutunun rəhbəri, politoloq Andranik Tevanyan baş nazir Nikol Paşinyanın dünənki aksiyasını sərt tənqid edib.
Azvision.az xəbər verir ki, Tevanyan Paşinyanın təhlükəli oyunlar oynadığını bildirib.

“Ermənistan dövləti hərbi geyimli insanların mitinqə aparılıb ağzına "həyatımızı qurtardığı üçün Nikol Paşinyana minnətdarıq" cümləsi qoyulduğu andan öldü. Rəhbərlik etdiyin dövlətə nifrət edirsən və meydanda kapitulyasiyanı tərifləyən bir dəstə ermənini toplayıb öz kürsün haqqında düşünürsən. Dünyanın hansı ölkəsində kapitulyasiyanın və dövləti çökdürən rəhbərin müdafiəsi üçün mitinq təşkil edilib? Hərbi geyimdə olan bir insan kapitulyasiyanı necə tərifləyə bilər və ölümdən qorxa bilər? Qorxsa belə, hər halda bu cür hərəkətlər təbliğ edilməməlidir. Çünki hərbçilər Vətən uğrunda canını verməyə and içirlər”.

Tevanyan deyib ki, atəşkəsin əldə edilməsi müsbət amildir, amma məğlubiyyətin tərifinin təşkil edilməsi biabırçılıqdır: “Çoxları bunu hələ hiss etmir, ancaq “ikinci Ermənistan” dövlətini itirmişik və bütün Ermənistana az qala ölümcül zərbə vurmuşuq. Paşinyanın dünənki mitinqi ordumuzun son qırıntılarını, yəni dövlətimizin legitimliyini məhv edir. Belə ucuz hərəkət yalnız onun ağlına gələ bilər”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Mitinq  





Xəbər lenti