Ermənilər günahkar axtarır: Əhalinin 60 faizdən çoxu Paşinyana qarşı

  Ermənilər günahkar axtarır:  Əhalinin 60 faizdən çoxu Paşinyana qarşı
  19 Noyabr 2020    Oxunub:1861
Ermənistanda hərbi-siyasi böhran qarşısıalınmaz həddə çatıb. Artıq erməni xalqı təkcə baş nazir Nikol Paşinanın imza atdığı kapitulyasiyaya deyil, ölkədəki ağır soisial-iqtisadi duruma da etiraz edir.
Azvision.az xəbər verir ki, bu səbəbdən bəzi erməni saytları ümumi vəziyyətlə bağlı onlayn sorğu keçirir.

Belə sorğulardan biri xüsusilə diqqət çəkib. “Alternativ.am” saytının “sizcə yüzlərlə ölümün, milyardlarla dollar itkinin olmasında günahkar kimdir?” başlığı altında keçirdiyi sorğuda iştirak edən respodentlərin 60 faizdən çoxu baş nazir Nikol Paşinyanın adını qeyd edib. Onlar bildiriblər ki, ölkənin üzləşdiyi acınacaqlı vəziyyətin yeganə günahkarı Paşinyandır.

Tural Tağıyev
Azvision.az


Teqlər: Paşinyan   Sorğu  





Xəbər lenti