“Ermənistan qoşunlarının çıxarılması davam edir” - Rusiya XİN

“Ermənistan qoşunlarının çıxarılması davam edir” -  Rusiya XİN
  19 Noyabr 2020    Oxunub:3155
Rusiya rəhbərliyi Azərbaycan və Ermənistan rəhbərliyi ilə daim təmasdadır.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması davam edir.
Zaxarova, həmçinin deyib ki, Dağlıq Qarabağa dair razılaşmanın həyata keçirilməsini təmin etmək vacibdir:

“Məmnunluqla bildiririk ki, Rusiyanın vasitəçilik səyləri dayanıqlı atəşkəsə nail olmağa imkan verib. Rusiya sülhməramlı qüvvələrinin təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilməsi, Ermənistan qoşunlarının isə Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması davam edir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: DağlıqQarabağ  





Xəbər lenti