TƏBİB: Hərbçilərlə bağlı məlumat yalandır

      TƏBİB:    Hərbçilərlə bağlı məlumat yalandır
  19 Noyabr 2020    Oxunub:1465
Sosial şəbəkələrdə və bəzi KİV-də Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yaralı, huşsuz vəziyyətdə əsgər və hərbçilərin gətirildiyinə dair yayılan məlumatlar həqiqəti əks etdirmir.
TƏBİB-in departament müdiri Aygün Əliyeva Azvision.az -a bildirib ki, hazırda Şirvan Şəhər Mərkəzi Xəstəxanasında qələbəmizlə yekunlaşan Vətən müharibəsində yaralanan hərbçilərimiz var və onlar müvafiq olaraq müayinə və müalicə olunurlar. Lakin həmin hərbçilərimizin yaddaşları ilə bağlı hər hansı bir problem yoxdur. COVİD-19 pandemiyası ilə əlaqədar yaxınları ilə görüşmək imkanları məhdudlaşdırılsa da, mütəmadi olaraq telefon vasitəsilə əlaqə saxlayırlar.

Bir daha belə əsassız informasiyalar yayan KİV-ləri “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət etməyə, sosial şəbəkə istifadəçilərini isə vətəndaş məsuliyyəti nümayiş etdirməyə çağırırıq.

Bu həssas dövrdə həqiqəti əks etdirməyən, dəqiqləşdirilməmiş məlumatları yaymaqla hərbçilərin ailələrinə qarşı mənəvi haqsızlıq etməməyi xahiş edirik. Onu da qeyd edək ki, hazırda məsələ ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: TƏBİB   Şirvan   Yaralı  





Xəbər lenti