Ermənilərin “tarix” yaradan emalatxanaları - FOTO

 Ermənilərin “tarix” yaradan emalatxanaları -  FOTO
  19 Noyabr 2020    Oxunub:11071
Erməni xalqının özünə yalançı tarix qurması hər kəsə məlumdur. Saxtakarlıqda ad çıxaran ermənilər nəinki ölkəmizdə, hətta regionda olan alban məbədlərindən tutmuş müxtəlif qəbir daşlarına qədər hər şeyi özününküləşdirməklə məşğul olublar.
Bu günlərdə isə Kəlbəcərdə ermənilərin “tarix” istehsal edən sexləri aşkarlanıb. Araşdırma zamanı üzə çıxıb ki, emalatxanada erməni ustaları tərəfindən “qədim tarix” düzəldilir.

Belə ki, daşların üzərinə qədim hərflər və görüntülər, xaç işarələri çəkərək, onları bir müddət sirkə məhlulunda saxlayırlar. Sirkənin təsirindən turşuma prosesi gedir və rəngini dəyişən daşlar köhnə görünüş alır. Sonra bu daşları Qarabağ torpaqlarında basdıraraq guya həmin ərazilərin tarixən ermənilərə məxsus olduğunu sübut etməyə çalışırlar.



Qeyd edək ki, ermənilərin oxşar saxtakarlıq əməllərinə bundan əvvəl də rast gəlinib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Saxtakarlıq  





Xəbər lenti