Azərbaycanda maskadan istifadə məcburi oldu

 Azərbaycanda maskadan istifadə məcburi oldu
  19 Noyabr 2020    Oxunub:2625
Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilir.
Azvision.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.

Qərara əsasən, 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olunur.

Azvision.az



Teqlər: Tibbi-Maska  





Xəbər lenti