“Peyvəndin tətbiqi gələn ilin aprelinə gözlənilir”

   “Peyvəndin tətbiqi gələn ilin aprelinə gözlənilir”
  19 Noyabr 2020    Oxunub:2272
Hələlik hazır olan və kütləvi tətbiqinə başlanılan koronavirusa qarşı peyvənd yoxdur.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, namizəd olan peyvəndlərin tətbiqi gələn ilin aprel ayına gözlənilir: “Bu qışı karantin rejimi qaydalarına və əks-epidemik tədbirlərə riayət edərək keçirməliyik”.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti