“Yoluxmalar artdıqca səhiyyə sistemi yüklənir” - TƏBİB rəsmisi

   “Yoluxmalar artdıqca səhiyyə sistemi yüklənir” -    TƏBİB rəsmisi
  19 Noyabr 2020    Oxunub:2052
Azərbaycanda gündəlik koronavirusa yoluxmalar 2 mini keçib. İyun-iyul aylarında gündəlik yoluxma 600-ün üstündə idi və səhiyyə sistemi ciddi yüklənmişdi.
Azvision.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, bu gün 2 mindən yuxarı yoluxmalarla mübarizə aparırıq.

“Səhiyyə sistemi yüklənir. Bu günə qədər görülən işlər, yeni modul tipli xəstəxanaların açılması nəticəsində xəstələrə lazımi xidmət göstərilir. Tibbi xidmətin keyfiyyəti bizim üçün əsasdır. Amma saylar çox önəmlidir. Ölkəmiz bu cür yükün altında ciddi əziyyətə düşür. Unutmamalıyıq ki, biz bu gün müharibədə vuruşmuş əsgərlərə xidmət edirik”.

TƏBİB rəsmisi qeyd edib ki, koronavirusa yoluxanlarla yanaşı, sağalanların sayı da çoxdur. Lakin yoluxanlar arasında ağırlaşanlar var: "Bu şəkildə artım davam edərsə, onların yataqla təmin olunmasında problemlər yarana bilər: "Bu dönəmdə aparılan işlər və gətirilən cihazlar nəticəsində testlərin sayı artıb. Bu cihazlar regionlarda qurulub”.

Aytən Zəhra
Azvision.az


Teqlər:





Xəbər lenti