Abşeronda sexdə partlayış olub, yaralılar var

   Abşeronda sexdə partlayış olub,    yaralılar var
  19 Noyabr 2020    Oxunub:2570
Abşeron rayonunda sexdə partlayış qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, hadisə rayonun Novxanı yolu, “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında yerləşən dəmir beton konstruksiya emalı sexində baş verib.

Belə ki, sexdə yanğınla nəticələnən partlayış olub. Əraziyə FHN-in əməkdaşları cəlb edilib və yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alanlar var.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti