Erməni yalanlarını ifşa edən general həbs oluna bilər

 Erməni yalanlarını ifşa edən general həbs oluna bilər
  20 Noyabr 2020    Oxunub:2515
Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəhbəri, ölkənin sabiq baş qərargah rəisi general Movses Akopyan Xüsusi İstintaq Xidmətinə çağırılıb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Akopyan özü bildirib. O, hansı səbəbdən istintaqa çağırılması barədə məlumat verməyib.
Qeyd edək ki, Akopyan bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın müharibə yalanlarını ifşa edib. O, əvvəlcə istefasının səbəbini açıqlayıb. Bildirib ki, baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana irad tutduğuna görə vəzifəsindən ayrılmalı olub.

Bundan əlavə, erməni general etiraf edib ki, Qarabağda müharibə zamanı döyüşlərlə bağlı yaydıqları məlumatların hamısı yalan olub. Akopyan, həmçinin döyüşlərdə Azərbaycana qarşı "İsgəndər" raketindən istifadə etdiklərini vurğulayıb.

Azvision.az


Teqlər: Akopyan  





Xəbər lenti