“Yoluxma iki dəfə artacaq” - ÜST rəsmisindən xəbərdarlıq

 “Yoluxma iki dəfə artacaq” -   ÜST rəsmisindən xəbərdarlıq
  20 Noyabr 2020    Oxunub:2807
Qış ayları ilə əlaqədar olaraq koronavirusa yoluxma sayı artıb. Dünyada olduğu kimi, Azərbaycanda da COVID-19-la bağlı vəziyyət ciddidir.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, vətəndaşlar qaydalara əməl etməsə, koronavirusa yoluxma indikindən iki dəfə çox olacaq.

"Qaydalara əməl edilsə, tibbi maskalardan istifadə olunsa, məsafə saxlansa sayı azaltmaq mümkündür”, - deyə ÜST rəsmisi qeyd edib.

Azvision.az



Teqlər: ÜST  





Xəbər lenti