“Vətən Müharibəsi Qəhrəmanı” adının kimlərə veriləcəyi açıqlandı

 “Vətən Müharibəsi Qəhrəmanı” adının kimlərə veriləcəyi açıqlandı
  20 Noyabr 2020    Oxunub:2478
“Vətən Müharibəsi Qəhrəmanı” fəxri adının kimlərə veriləcəyi məlum olub.
Azvision.az xəbər verir ki, Milli Məclisə daxil olan qanun layihəsinə əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycanın dövlət sərhədlərinin bərpa edilməsi üzrə döyüş əmədiyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

Qeyd edək ki, “Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.

Azvision.az


Teqlər: Qarabağ   QƏləbə  





Xəbər lenti