“Ağdam həsrətinə son qoyuldu” - Leyla Abdullayeva

 “Ağdam həsrətinə son qoyuldu” -    Leyla Abdullayeva
  20 Noyabr 2020    Oxunub:2408
“27 illik Ağdam həsrətinə son qoyuldu. Vətənimizin füsunkar torpağının geri dönüşü mübarək”.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva "Tvitter" hesabında yazıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub.

Azvision.az


Teqlər: XİN   Ağdam  





Xəbər lenti