Fransalı deputat: “Paris meriyası erməni propaqandası ilə məşğuldur” - EKSKLÜZİV

  Fransalı deputat:  “Paris meriyası erməni propaqandası ilə məşğuldur” -  EKSKLÜZİV
  20 Noyabr 2020    Oxunub:13416
"Paris meriyasının qondarma Dağlıq Qarabağı tanımaqla bağlı irəli sürdüyü təşəbbüs Fransanı qondarma respublikanın tanınmasına dəvət etməkdir”.
Bunu Azvision.az -a eksklüziv açıqlamasında Fransa Parlamentinin Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamber bildirib. Onun sözlərinə görə, Paris şəhərinin istəyi Fransanın beynalxalq qanunlar qarşısında götürdüyü öhdəliklərə və öz milli qanunlarına ziddir:

“Bu kimi istəklər bir çox beynəlxalq qanunlara qarşıdır, xususilə dövlət sərhədlərinin toxunulmazlığına qarşıdır. 1993- cü ildə BMT- nin Təhlükəsizlik Şurasının 4 qətnaməsi Azərbaycanın ərazi bütövlüyünü tanıyaraq Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğunu təsdiq edir. Fransa bu qətnamələrə səs verən ölkədir. Paris şəhər meriyasi Fransa dövlətinin və Xarici İşlər Nazirliyi ilə paralel diplomatiya apara bilməz. Fransa konstitutsiyasının 5- ci bəndinə əsasən diplomatiya Fransa prezidentinə aid sahədir”.

Deputat qeyd edib ki, 2018 -ci ilin may ayında Fransa dövləti tərəfindən təmimnamə imzalanıb.

“Bu təmimnamədə Fransadakı icra hakimiyyətlərinin (meriya-red) bu kimi aksiyalar keçirməsinin qanunsuz olması açıq şəkildə qeyd edilir. Odur ki, Paris şəhərinin bu kimi təklifləri qanunsuz və haqsızdır. Təəssüf ki, Paris meriyasi Fransada erməni propaqandası ilə məşğuldur. Erməni icmasının beynəlxalq hüquqlara əsaslanan atəşkəsə qarşı çıxması çox böyük məsuliyyətsizlikdir. Atılan bu kimi addımları pisləyirəm”, deyə fransalı parlamentari bildirib.

Xatırladaq ki, yaxın günlərdə Paris meriyasının qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımağa hazırlaşdığı bildrilir. Ermənipərəst mövqeyi ilə tanınan Paris meri Ann İdalqonun bu istiqamətdə aktiv iş apardığı deyilir.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Fransa   Qarabağ   Azərbaycan  





Xəbər lenti