Qələbəmizin qəhrəmanlarından biri də odur

Qələbəmizin qəhrəmanlarından biri də odur
  20 Noyabr 2020    Oxunub:1624
Möhtəşəm Qələbəmizlə başa çatan Vətən müharibəsində şərəfli döyüş yolu keçən qəhrəmanlarımız sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzinin direktoru Firudin Cəbrayılov da var.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Prezident, Ali Baş Komandan İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq o da ehtiyatda olan zabit kimi səfərbərlik çərçivəsində Silahlı Qüvvələrimizin sıralarına qoşulub, Ordumuzun uğurlu hərbi əməliyyatlarında iştirak edib.

Ümumilikdə aldığımız məlumata görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemindən müxtəlif vəzifələrdə çalışan 81 əməkdaş tarixi Qələbəmizin əldə olunmasında fəal iştirak ediblər.

Azvision.az


Teqlər: DOST  





Xəbər lenti