Tarixi qələbə münasibətilə orden və medallar təsis edildi

 Tarixi qələbə münasibətilə orden və medallar təsis edildi
  20 Noyabr 2020    Oxunub:2498
Milli Məclisin bu gün keçirilən iclasında “Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” qanun layihələri müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Müzakirələrdən sonra hər iki qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   İclas  





Xəbər lenti