Azad olunan daha iki kəndin adı dəyişdirildi

Azad olunan daha iki kəndin adı dəyişdirildi
  20 Noyabr 2020    Oxunub:2316
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında" qanun layihələri müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, qanun layihələri barədə parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

Müzakirələrdən sonra hər iki qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti