Prezidentin “Xilaskar” ordeni ilə təltif olunması təklif edildi

Prezidentin “Xilaskar” ordeni ilə təltif olunması təklif edildi
  20 Noyabr 2020    Oxunub:2431
Qələbəmizin təmin olunmasında müstəsna rolu olan, Azərbaycan xalqının ürəyində bu gün qəhrəman kimi əbədi yer tutan Cənab Prezident İlham Əliyevin təltif olunmasını təklif edirəm.
Azvision.az xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.

Deputat bildirib ki, xüsusi olaraq "Xilaskar" ordeni təsis edilsin və Cənab Prezident bu ordenlə təltif olunsun.

Deputat Məlahət İbrahimqızı da həmkarının fikirlərini dəstəkləyib. O qeyd edib ki, Ali Baş Komandana nadir dövlət liderlərinə verilən "Ordu Marşalı" adı verilsin.

Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti