“Paşinyan səriştəsiz rəhbərdir” - Zatulin

 “Paşinyan səriştəsiz rəhbərdir” -  Zatulin
  20 Noyabr 2020    Oxunub:2003
Rusiya parlamentinin üzvü Konstantin Zatulin Ermənistanın baş naziri Nikol Paşinyanı tənqid edib.
Azvision.az xəbər verir ki, Zatulin Paşinyanın səriştəsiz rəhbər olduğunu bildirib.

Rusiyalı deputat deyib: “Əslində Şuşanın və digər ərazilərin itirilməsi şəraitində Ermənistanda çox işlədilən terminlərdən olan "Paşinyanın xəyanəti" və s. fikirlərdən istifadə etmək istəmirəm. Çünki Paşinyanın qəsdən xəyanətə yol verdiyinə inanmıram. Zaman keçdikcə daha çox aydın olur ki, Paşinyan bir çox problemi - ölkənin müdafiə qabiliyyətini və idarəetməsini həll edə bilməyən səriştəsiz rəhbərdir”.

Zatulinin sözlərinə görə, indi bəlli olur ki, Ermənistanın müqavimət göstərməyə gücü olmayıb: “Bu mənada, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın məlum bəyanata görə üzərinə götürdüyü öhdəliklərdən imtina etmənin intihara bərabər olduğu barədə danışarkən tamamilə haqlı idi. Bu, hərbi əməliyyatların bərpası deməkdir. Bizim də tariximizdə müqavimət göstərmək imkanımız olmadığı dövrlər olub. Məsələn, Brest sülh sazişi”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Zatulin   Paşinyan  





Xəbər lenti