Tonoyanın yerinə Arutyunyan təyin edildi

 Tonoyanın yerinə Arutyunyan təyin edildi
  20 Noyabr 2020    Oxunub:2475
Ermənistan prezidenti Armen Sarkisyan ölkəyə yeni müdafiə naziri təyin edilməsi haqqında fərman imzalayıb.
Azvision.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, fərmana əsasən, Vaqarşak Arutyunyan müdafiə naziri təyin edilib.

Arutyunyan daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın baş məsləhətçisi vəzifəsini tutub. 1999-2000-ci illərdə müdafiə naziri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın müdafiə naziri Davit Tonoyan olub. O, bu gün vəzifəsindən istefa verib.

Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti