Azərbaycan və Rusiya rəsmiləri Şuşa görüşdü

Azərbaycan və Rusiya rəsmiləri Şuşa görüşdü
  20 Noyabr 2020    Oxunub:2898
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) Mülki müdafiə qoşunlarının komandanı İlham Abdullayev noyabrın 20-də Şuşa şəhərində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi Beynəlxalq fəaliyyət departamentinin rəisi Vladimir Solovyovla görüşüb.
FHN-dən Azvision.az -a verilən məlumata görə, görüşdə Azərbaycanın Qarabağ bölgəsində humanitar məsələlər, o cümlədən elektrik enerjisi, qaz təchizatı və rabitə xətlərinin bərpası məsələləri müzakirə edilib.

Tərəflər əməkdaşlığın davam etdirilməsi məqsədilə mütəmadi əlaqə saxlanılması barədə razılığa gəliblər.

Azvision.az


Teqlər: FHN   Qarabağ  





Xəbər lenti