İrəvanda etiraz aksiyası: Saxlanılanlar var

 İrəvanda etiraz aksiyası:  Saxlanılanlar var
  20 Noyabr 2020    Oxunub:2109
Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yenidən etiraz aksiyası başlayıb.
Azvision.az xəbər verir ki, nümayişçilər İrəvanda parlament binasının qarşısındakı Baqramyan və Tiqran Metsi prospektlərini bağlayıblar.

Hər iki prospektdə vəziyyət gərgindir. Polis yolu açmağa çalışır və iştirakçıları saxlayır. Parlament aparatının keçmiş rəhbəri Ara Saqatelyan, Qarabağdakı separatçı liderin sabiq müşaviri Tiqran Abramyan, keçmiş millət vəkili Mihran Akobyan və digərlər fəalların saxlanıldığı bildirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İrəvan   Aksiya  





Xəbər lenti