Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

   Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
  20 Noyabr 2020    Oxunub:3044
Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə paylaşım edilib.
Azvision.az -ın məlumatına görə, paylaşımda deyilir:

"Əziz həmvətənlər,

Sizi Ağdam rayonunun işğaldan azad edilməsi münasibətilə səmimi-qəlbdən təbrik edirəm və hər birinizə ən xoş arzularımı çatdırıram! Qoy Azərbaycanda daim sülh, sabitlik, əmin-amanlıq və təhlükəsizlik hökm sürsün! Qoy ölkəmizdə hər bir ev nur, xeyirxahlıq və səadətlə dolsun! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"



Azvision.az


Teqlər: Birinci-vitse-prezident   Mehriban-Əliyeva  





Xəbər lenti