Ağdamın işğaldan azad olunması qeyd edildi - VİDEO

   Ağdamın işğaldan azad olunması qeyd edildi -    VİDEO
  20 Noyabr 2020    Oxunub:4703
Ağdam rayonunun 27 ildən sonra işğaldan azad edilməsi ilə əlaqədar Şəhidlər Xiyabanı ziyarət olunub.
Azvision.az xəbər verir ki, tarixi qələbə münasibətilə Ağdam Rayon İcra Hakimiyyətinin nümayəndələri, ictimai xadimlər, yüzlərlə ağdamlı məcburi köçkün Şəhidlər Xiyabanını ziyarət edərək, Vətən uğrunda canlarından keçmiş soydaşlarımızın ruhuna dualar oxuyub, dövlət başçısı İlham Əliyevə və Azərbaycan Ordusuna öz təşəkkürlərini bildiriblər.

Daha sonra Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi ehtiramla yad edilib.

Azvision.az həmin görüntüləri təqdim edir:



Oğuz Altay
Video-montaj: Əhməd Xəlilov

Azvision.az



Teqlər: Ağdam  





Xəbər lenti