“Vəzifəmiz Qarabağda qan tökülməsinin qarşısını almaqdır” - Şoyqu

“Vəzifəmiz Qarabağda qan tökülməsinin qarşısını almaqdır” -  Şoyqu
  21 Noyabr 2020    Oxunub:2337
Rusiyanın Prezident Vladimir Putin tərəfindən qarşıya qoyduğu əsas vəzifəsi Dağlıq Qarabağda qan tökülməsinin qarşısını almaqdır. Sülhün bərqərar olması üçün çox iş görülməlidir.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib.

O bildirib ki, bu vəzifəni şübhəsiz həyata keçirmək niyyətindədirlər.

“Bundan əlavə, sülhməramlılarımızın həyatı və fəaliyyəti ilə bağlı bir sıra məsələləri, təbii olaraq həm hərbi, həm də hərbi-texniki sahədə əməkdaşlığımızı müzakirə etmək niyyətindəyik. Böyük bir proqramla gəldik və onun həyata keçirilməsinə ümid edirik", - deyə Şoyquya bildirib.

Nazir, həmçinin Rusiya sülhməramlılarının yerləşdirilməsi prosesinin bir gün əvvəl başa çatdığını söyləyib: “Bu günlər ərzində Qarabağ ərazisinə 23 müşahidə postu qurulub, rus sülhməramlıları Xankəndinə gedən yola, Laçın dəhlizinə nəzarət edir və bu marşrutlar üzrə hərəkəti təmin edir”.

Paşinyan isə deyib ki, müharibə zamanı həmişə Rusiyanın, Prezident və Baş nazirinin, şəxsən Şoyqunun dəstəyini hiss ediblər.

“Bunun üçün sizə təşəkkür etmək istəyirəm. Əlbəttə, müharibədən əvvəl çətin bir dövr var idi, amma indi daha çətin dövrdür, ümid edirik ki, bu dövrdə Rusiya Federasiyası ilə yalnız təhlükəsizlik deyil, həm də hərbi-texniki əməkdaşlıq sahəsində təhlükəsizlik daxil olmaqla əməkdaşlığımızı dərinləşdirə biləcəyik".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SergeyŞoyqu   Qarabağ  





Xəbər lenti