YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR

YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət etdi -  FOTOLAR
  21 Noyabr 2020    Oxunub:2192
Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri partiyanın yaranmasının 28-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
YAP-ın mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, partiyanın nümayəndələri Fəxri xiyabana gedərək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.











Azvision.az


Teqlər: YAP  





Xəbər lenti