Fransanın cinayətkar keçmişi: Makron faşizmi dirçəldir

Fransanın cinayətkar keçmişi:  Makron faşizmi dirçəldir
  21 Noyabr 2020    Oxunub:3186
Azərbaycanın öz tarixi torpaqlarını düşmən tapdağından azad edərək ərazi bütövlüyünü bərpa etməsi hələ də bəzi qüvvələri, Fransa kimi ölkənin rəhbərliyini ciddi narahat edir. Belə olmasaydı, nə Paris meriyası, nə də Fransa Senatı həll olunmuş münaqişəni separatçılara dəstək məqsədilə yenidən alovlandırmağa hesablanmış addımlar atmazdı.
Fransanın Azərbaycan Respublikasının ərazisində ikinci erməni dövlətinin yaradılmasına yönəlik cəhdləri qəti şəkildə pislənir, işğalçıya dəstək verən Parisin son davranışları hiddət doğurur.

Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Məmmədov Azvision.az-a deyib ki, yaxın keçmişində müstəmləkəçi olan Fransanın indi hansısa “azadlıqlar”dan danışması absurddur. Deputat Fransanın öz tarixinə nəzər salmasını məsləhət bilib:

“Əslində Fransa haqq-ədalət və ümumilikdə hansısa azadlıqlar mövzusundan danışacaq ən son dövlət olmalıdır. Çünki bu ölkənin tarixinə nəzər saldıqda Fransa nəinki Avropa, ümumilikdə dünya dövlətləri içərisində özünün işğalçılıq və müstəmləkəçilik siyasəti ilə seçilib. Yəni bu istənilən ölkədə kitablardan oxunması mümkün olan tarixdir. Heç kim bunu Fransaya şər-böhtan kimi demir, yazmır. Fransanın tarix boyu Şimali Afrika, Asiya, hətta Şimali Amerikada törətdiyi soyqırımlar, qırğınlar və apardığı işğalçılıq siyasəti səngiməyib. Bu ölkə müstəmləkəçiliyi ilə seçilib və xüsusən də Afrikada fransız hərbçilərinin dinc sakinlərə hansı vəhşiliklər etməsi ilə bağlı yüzlərlə fakt mövcuddur. Ötən əsrin əvvəllərinə nəzər saldıqda görərik ki, indi özünə Avropanın demokratik dövləti deyən Fransa Türkiyəni belə parçalamağa çalışırdı, burada ermənilərə dövlət yaratmaq planları var idi. Hər cür murdar əməllərə əl atdılar ki, bu plan reallaşsın. Hətta Fransa ordusunun tərkibində sayı minlərlə olan erməni legionu yaradılmışdı. Dinc sakinlərin, türklərin qırğınına da məhz silahlandırılmış erməni dəstələri səbəb olmuşdu. Əgər ermənilərin özlərinin dediyi kimi həmin dövrdə etdikləri qələtlərə görə itkilər veriblərsə, bu gün Ermənistan Türkiyədən yox, Fransadan təzminat istəməlidir. Çünki onları qırğınlara təhrik edən, Türkiyəyə qarşı qaldırıb torpaq iddiasına salan Fransa idi”.



Deputat deyir ki, rəsmi Paris bu gün də həmin “tarixi yol”u tutub. Bu ölkə indi də noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın pozulması, ermənilərin yenidən qarşıdurmalara, müharibəyə getmələri üçün əlindən gələni edir:

“Fransanın son iki ayda etdiyi bütün cəhdlər axırda ona gətirib çıxaracaq ki, Qarabağda qalan beş-on min tör-töküntü millətçi erməni də bezib bu torpaqlardan rədd olub gedəcək. Bunun günahkarı birbaşa olaraq Fransa və onun kimi hazırda həll olunmuş münaqişəni yenidən qızışdıran dövlətlər sayılacaq. Makronun ölkəsində 600 mindən çox erməni yaşayır. Bu ermənilər Fransa mediası, iqtisadiyyatı, maliyyə-bank sistemində və ümumilikdə siyasətində çox güclü yer tuturlar. Yeri gəlmişkən, hazırda onların əlinə oynayan Makronun da milli kimliyi tam bəlli deyil. Bilinmir atası, ya babası erməni əsillidir, yoxsa elə təmiz etnik ermənidir! Çünki siyasi maraqlar bir yana, ümumilikdə ermənilərin xeyrinə hədsiz dərəcədə canfəşanlıqlar edir. Deməli, şübhə yaranır ki, belə bir siyasətçinin qanında erməni xəstəliyi var. Fransanın bu gün Makronun rəhbərliyi ilə sərgilədiyi ermənipərəst mövqeyi, Azərbaycanın haqq, ədalət işinə qarşı apardığı siyasət birbaşa sülhə təhlükədir”.

Elman Məmmədov onu da vurğulayıb ki, fransız rəhbərlərin son davranışları tək bizim ölkədə yox, ümumən Cənubi Qafqazda sülhün, təmin olunmasına ciddi təhlükə sayılmalıdır. Təbii ki, rəsmi Parisin bu cür siyasi gedişləri sonda məntiqi nəticə olaraq müsbət heç nə ilə yekunlaşmayacaq:

“Qondarma erməni soyqırımını tanıyıb nə qələtlər etdilər ki?! Dırnaqarası soyqırımı qəbul etməyənlərə Fransa ərazisində cərimə kəsəcəklərini dedilər. Bununla nəyəsə nail oldularmı? Bu ölkənin belə siyasi hikkələri, separatizmi, yalançı soyqırımı dəstəkləyən hərəkətləri elə Fransanın özündə faşizmin dirçəlişini göstərir. Rəsmi Parisin son davranışları sülhə ciddi təhlükədir və zənnimcə, onun müttəfiqləri, xüsusən də ABŞ kimi ölkələr Fransanın bu siyasətini müzakirə edib Makronu yerində oturtmalıdır”.

Artıq Qarabağ münaqişəsinin bitdiyini deyən deputat, Fransanın yenidən problemi gündəmə gətirib regionu qan çanağına çevirməkdə marağının nələrdən ibarət olduğunu anlamadığını söyləyib.

“Cənab Prezident dünən xalqa müraciətində bu məsələlərə toxunaraq çox gözəl siyasi mesajlar səsləndirdi. Yəni bu cür davranışlar bizim üçün əlavə baş ağrıdan, boş-boş söhbətlərdən başqa bir şey deyil. Əgər ermənilər fransızların “fətva”sına gedib məlum bəyanatın bəndlərinin pozulmasına görə, orada qarşılarına qoyulan tələblərin yerinə yetirilməməsi istiqamətində nələrsə edəcəksə, onqat cavablarını qalacaqlar. Nə qədər döyüş meydanında məhv ediliblərsə, ondan da artıq itkini görəcəklər. Əgər ermənilər bundan sonra da dövlət kimi mövcud olub yaşamaq istəyirlərsə, bizim keçdiyimiz son dərslərdən sonra ağıllarını başlarına yığmalıdırlar. Fransanın və digər onun kimi fitnəkar dövlətlərin “fətva”sına getməsinlər. Düşdükləri hazırkı ağır iqtisadi-sosial və siyasi vəziyyətdən çıxmaq üçün yollar axtarsınlar”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Fransa   Elman-Məmmədov   Senat   Separatizm  





Xəbər lenti