“Pandemiya ilə mübarizə yenidən prioritetdir” - Əli Əsədov

 “Pandemiya ilə mübarizə yenidən prioritetdir” -  Əli Əsədov
  21 Noyabr 2020    Oxunub:2550
Müharibənin gedişində bütün imkanlar qələbənin təmin edilməsi üçün səfərbər olunmuşdu.
Azvision.az xəbər verir ki, bunu Baş Nazir Əli Əsədov Operativ Qərargahın Respublika müşavirəsində çıxışı zamanı deyib.

“İndi pandemiya ilə mübarizə yenidən prioritet məsələ olaraq gündəlikdədir və bütün imkanlarımızı bu istiqamətdə səfərbər etməliyik”, - Baş Nazir bildirib.

Əli Əsədov qeyd edib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu müharibəni qələbə ilə başa vuraraq, işğal altında olan torpaqları azad edib.

Azvision.az


Teqlər: Baş-Nazir  





Xəbər lenti