Ağdamda dağıntılardan başqa heç nə qalmayıb - “Əl-Cəzirə”nin reportajı (VİDEO)

   Ağdamda dağıntılardan başqa heç nə qalmayıb -    “Əl-Cəzirə”nin reportajı (VİDEO)
  21 Noyabr 2020    Oxunub:2848
“Əl-Cəzirə” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonundan reportaj yayımlayıb.
Azvision.az xəbər verir ki, reportajda Azərbaycan Ordusunun 30 ilə yaxın müddətdə Ermənistanın nəzarətində qalmış Ağdam rayonuna daxil olduğu bildirilib. Qeyd olunub ki, əldə edilmiş razılaşmaya əsasən Ermənistan Ağdamı Azərbaycana geri qaytarıb.



Telekanalın Ağdama ezam olunmuş müxbiri rayonun dağıntılar altında qaldığını deyib: “Ağdamda dağıntılardan başqa heç nə yoxdur. Hətta şəhərin mərkəzi belə vandalizmə məruz qaldıqdan sonra tərk edilib. Buranın yerli əhalisi artıq geri qayıtmaq istəyir”.

Reportajda ərazinin minalandığı, yalnız bir neçə saat ərzində buradan 150-yə yaxın mina tapıldığı diqqətə çatdırılıb. Həmçinin, diqqətə çatdırılıb ki, Ağdamın bir vaxtlar məşhur olan Mədəniyyət Mərkəzi də tamamilə dağıdılıb.

Azvision.az



Teqlər: Qarabağ   Ağdam  





Xəbər lenti