Dinşüvənlik - Sahib Alıyevin şərhi

   Dinşüvənlik -    Sahib Alıyevin şərhi
  21 Noyabr 2020    Oxunub:3295
Bəzi xarici dövlətlərin Qarabağdakı dini abidələrin taleyilə bağlı "narahatlıq keçirməsi" Azərbaycan vətəndaşlarında müəyyən haqlı suallar doğurur. Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədr müavini, deputat Sahib Alıyev həmin sualları şərh edib:
Son günlər bəzi ölkələrinin təmsilçiləri işağldan azad olunan Azərbaycan torpaqlarında hayların özününküləşdirdikləri dini abidələrin gələcəyi ilə bağlı tez-tez narahatçılıqlarını qabardırlar. Amma məsələ burasındadır ki, onların əksəriyyəti bu saxta rahatsızlıqlarının heç bir əsası olmadığının yaxşı fərqindədirlər. Ən azı önə görə ki, Roma Papası Fransiskin Azərbaycanı dini tolerantlıq üzrə “dünyada model ölkə” kimi qiymətləndirməsindən xəbərsiz deyillər.

Kimsə deyə bilər ki, yəqin Şuşada kilsəyə mərmi düşməsindən sonra bəzilərini ölkəmizdəki xristian abidələrinin taleyi qayğılandırb. Anacaq elələri hər halda savaşda belə təsadüflərə az rast gəlinmədiyini gözəl bilirlər. Və onu da bilirlər ki, işğalçı Ermənistandan atılan raketlərdən biri də Gəncədəki Rus Provaslav kilsəsinə zərər yetirmişdi. Hər halda sözü gedən kilsə onların hədəfləri sırasında olmamalıyıdı.

Bilirsiniz, Qarabağda məscidlərimizin hansı vəziyyətə salındığını görə-görə bu haqda bir kəlmə də söz deməyib bütün diqqəti oradakı kilsələrin üzərinə yönəldənlər tutduqları vəzifə və daşıdıqları tituldan asılı olmayayaraq bununla ilk növbədə cılızlıqlarını, XI-XII əsrdən qalma təfəkkürlə yaşadıqlarını ortaya qoyurlar. Ancaq səlibçilik ənənəsinin daşıyıcısı olmalısan ki, Azərbaycanın işğal altındakı torpaqlarındakı 63 məscidin dağıdılmasını, bəzilərinin içərisində donuz saxlanmasını pisləmədən, xristian məbədlərinin gələcəyindən narahatlıq dilə gətirəsən.

Belələrindən soruşmaq lazımdır ki, Qafqazdakı ilk xristian məbədini(Şəki, Kİş kəndi) və ilk məscidi (Şamaxı) ən yüksək səviyyədə təmir etdirməklə Azərbaycan sizin kimilərə bütün dinlərə eyni dərəcədə sayğılı yanaşmanın nə demək olduğunun dərsini vermədimi? Son 20 ildə Bakıda Provaslav Baş Kafedral, "Xilaskar" Yevangelik-lüteran, Qriqorian, Gəncədə Aleksandr Nevski, Qəbələdə Çotari, Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana kilsələrini biz sizin istəyinizləmi bərpa etdirdik? Bakıda Müqəddəs Məryəm kilsəsi, Yeparxiyaya aid Dini-Mədəniyyət Mərkəzinin inşasını sizmi bizdən xahiş etmişdiniz?

Roma Papasının özünün də etirafda bulunduğu kimi əksər xristian ölkələri dağıldığını görməzdən gələrkən Vatikandakı Müqəddəs Sebastian, Romadakı Müqəddəs Marçellinio və Pietro katakombalarını bərpa etdirən, Fransada nə az, nə çox, düz 7 kilsənin təmirinə yardım göstərən Heydər Əliyev Fondu deyildimi?
Avropadakı ən böyük sinaqoqlardan biri məhz Bakıda yerləşmirmi? 2003-cü ildə tikilən bu məbədlə yanaşı cənab İlham Əliyevin tapşırığıyla 2011-ci ildə Azərbaycan paytaxtında Dağ yəhudiləri üçün də yeni sinaqoq işa edilmədimi?

Bunlar ortada ola-ola, Azərbaycan Prezidentinin ölkəmizdə bütün dinlərə, dini abidələrə eyni dərəcədə qayğı və sayğı ilə yanaşıldığını, yanaşılacağını dəfələrlə bildirməsindən sonra işğaldan azad edilən torpaqlarımızdakı kilsə və məbədlərlə bağlı narahatlığın dilə gətirilməsinin ancaq bir adı var - dinşüvənlik.

Görünür, bəziləri bu savaşda hayların arzuladıqlarıqədər və şəkildə onlara yardım göstərə, biabırçı məğlubiyyətlərinin qarşısını ala bilmədiklərinin əvəzini belə yersiz, anlamsız açıqlamalarla çıxmağa çalışırlar. Ancaq burada bir məsələ də var ki, yazının əvvəlində də eyham vurmuşdum: havadarlarının hay kilsəsi kimi taleyi ilə bağlı guya narahatlıq keçirdikləri məbədlərin əksəriyyətinin onlara heç bir aidiyyatı yoxdur və yəqin gələcəkdə bütün bunlar daha əsaslı faktlarla dünyaya açılıb göstəriləcək.

Azvision.az


Teqlər: Qarabağ   Dini-abidələr  





Xəbər lenti