“Sülhün bərpasında Moskva ilə Bakının mövqeləri üst-üstə düşür” - Lavrov

 “Sülhün bərpasında Moskva ilə Bakının mövqeləri üst-üstə düşür” -  Lavrov
  21 Noyabr 2020    Oxunub:2604
Moskva və Bakının Dağlıq Qarabağda dinlərarası və millətlərarası sülhün bərpası ilə bağlı mövqeləri üst-üstə düşür.
Azvision.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycana səfərinin yekunları ilə bağlı açıqlamasında bildirib.

"Dinlərarası, millətlərarası sülhün, bir yerdə yaşamanın və barışığın bərpası üçün şəraitin yaradılması zərurəti ilə bağlı mövqelərimiz tamamilə üst-üstə düşür", - deyə Lavrov vurğulayıb.

XİN rəhbərinin sözlərinə görə, Rusiya beynəlxalq təşkilatların Dağlıq Qarabağdakı humanitar problemlərin nizamlanmasına fəal cəlb olunmasında maraqlıdır.

Azvision.az


Teqlər: Lavrov   Moskva   Bakı  





Xəbər lenti