Son sutkada 640 mindən çox yoluxma qeydə alındı

 Son sutkada 640 mindən çox yoluxma qeydə alındı
  22 Noyabr 2020    Oxunub:2978
Dünyada son sutka ərzində 641 mindən çox insan koronavirus infeksiyasına yoluxub, 11 752 ölüm halı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilib.

Məlumata görə, ən çox yoluxma Avropada (276 mindən çox) müşahidə edilib. Sonrakı yerdə Şimali və Cənubi Amerika (257 mindən çox) gəlir.

Ümumilikdə indiyədək dünya ölkələri üzrə 58 milyona yaxın yoluxma aşkarlanıb, pandemiya qurbanlarının sayı 1,3 milyon nəfərdən çoxdur.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti