Balakəndə karantin rejimi ilə bağlı reydlər keçirilir

  22 Noyabr 2020    Oxunub : 1201
Balakəndə karantin rejimi ilə bağlı reydlər keçirilir
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Balakən rayonunda karantin rejimi qaydalarının təmin olunması məqsədilə nəzarət- profilaktik, maarifləndirmə tədbirləri həyata keçirilir.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, xüsusi karantin rejiminə uyğun olaraq ölkə ərazisində həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması ilə əlaqədar Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də sərnişindaşıma ilə məşğul olan marşrut sürücülərinə xəbərdarlıq edilib və qaydalara riayət etmələri tapşırılıb. Əks təqdirdə barələrində inzibati tənbeh tədbirləri görüləcəyi onların diqqətinə çatdırılıb.



Həmçinin polis əməkdaşları rayon ərazisində yerləşən böyük marketlərdə, apteklərdə, eləcə də açıq ictimai yerlərdə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirirlər. Reydlər zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər aşkarlandıqda onlara tibbi maskadan istifadənin zəruriliyi, bu istiqamətdə həyata keçirilən tədbirlərin onları sağlamlığını qorumaq məqsədi daşıdığı diqqətə çatdırılır. Rejim qaydalarına biganə yanaşan şəxslər barəsində isə qanuni tədbir görülür.

Azvision.az

Teqlər: DİN   Balakən