“Cənub korpusu Paşinyanın arvadına görə məğlub oldu” - Sabiq baş nazir

 “Cənub korpusu Paşinyanın arvadına görə məğlub oldu” -   Sabiq baş nazir
  22 Noyabr 2020    Oxunub:4137
Ermənistanın sabiq baş naziri Qrant Baqratyan hazırkı baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı ikinci Qarabağ müharibəsi zamanı Cənub korpusunun məğlub olmasında ittiham edib.
Azvision.az xəbər verir ki, keçmiş baş nazir bu barədə erməni KİV-lərinə açıqlamasında bildirib.

Baqratyanın sözlərinə görə, müharibə vaxtı Ermənistanın hava hücumundan müdafiə sisteminin etibarlı olmadığı üzə çıxıb.

O, həmçinin Ermənistan prezidenti Armen Sarkisyanı korrupsiyada və ölkənin mineral ehtiyatlarını talan etməkdə günahlandırıb. Eləcə də Q. Baqratyan Ermənistan prezidentinin gizli agent olduğuna əminliyini ifadə edib.

Qrant Baqratyan, Nikol Paşinyanın hakimiyyətdəki günlərinin bitdiyinə və onun qaçılmaz istefasının əvvəldən gözlənilən nəticə olduğuna inandığını vurğulayıb.

Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti