Gürcüstanda virusa yoluxma kəskin artır

Gürcüstanda virusa yoluxma kəskin artır
  22 Noyabr 2020    Oxunub:1714
Gürcüstanda son sutka ərzində daha 4048 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 104 732 -yə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 85 639 pasiyent sağalıb, 976 nəfər dünyasını dəyişib. Hazırda karantində 2159, stasionar nəzarətdə isə 6189 nəfər saxlanılır.

Azvision.az



Teqlər: Gürcüstan   yoluxma  





Xəbər lenti