120-dən çox xarici diplomat Füzulidə səfərdədir

 120-dən çox xarici diplomat Füzulidə səfərdədir
  22 Noyabr 2020    Oxunub:3177
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olunmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunur.
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabında yazıb.

Prezidentin köməkçisi bildirib ki, səfərdə 120-dən çox diplomat iştirak edir.



Azvision.az


Teqlər: Hikmət-Hacıyev   Füzuli  





Xəbər lenti